Sülhməramlı missiyada adı hallanan İsveç ordusu haqda bilmədiklərimiz

2010-cu ildən qüvvəyə minən qanuna görə, ölkənin silahlı qüvvələri tamamilə könüllü əsgərlərdən təşkil olunur

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn Los-Ancelesin erməni icması ilə görüşündə bildirib ki, ABŞ Skandinaviya ölkələrindən olan sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi üzərində işləyir.

O vurğulayıb ki, “Dağlıq Qarabağ münaqişəsi zonasındakı hər hansı bir silahlı sülhməramlı qüvvələrin tərkibinə ABŞ və ya qonşu ölkələr daxil olmaqla, Minsk Qrupunun həmsədr ölkələri daxil olmamalıdır”.

ABŞ-ın bu məsələni ortaya atmasına ilk mənfi reaksiya Rusiyadan gəlib. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, ABŞ-in irəli sürdüyü Skandinaviya ölkələrindən olan sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi ideyasını münaqişə tərəfləri ilə razılaşdırmaq lazımdır.

Danimarka Haberler - Son Dakika Yeni Danimarka Gelişmeleri - Son Dakika Danimarka Haberleri - Nordik Postası

Münaqişə tərəflərindən isə bu ideyaya müsbət yanaşılacağı ehtimalı azdır. Ən azından Ermənistanın buna razılıq verəcəyi çətin görünür. Azərbaycan tərəfindən isə siyasi təhlilçilər və deputatlar bəyan edib ki, sülhməramlı qüvvələr yalnız Azərbaycanla Ermənistan sərhədində yerləşdirilə bilər.

Skandinaviya ölkələrindən isə daha çox İsveç Krallığının sülhməramlılarının adı hallanır. Bəs İsveç ordusu haqqında nə bilirik?

İsveç Krallığı Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlətdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km2 ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 10 milyon nəfərdir.

İsveç'te "sahte subay" skandalı: 20 yıl görev yapmış

İsveç Silahlı Qüvvələri İsveç Müdafiə Nazirliyinə tabe olan və hərbi əməliyyatların keçirilməsinə cavabdeh olan dövlət qurumudur. Əsas öhdəlikləri ölkə daxilində və xaricində hərbi qüvvələrin hazırlanması və yerləşdirilməsidir.

İsveç Silahlı Qüvvələri üç yerə ayrılır: Quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanması. “Soyuq müharibə” dövründə İsveçin daimi hərbçilərinin sayı 45.000 nəfər olsa da, hazırda bu rəqəm 15.000 nəfərə enib. Həmçinin 1 iyul 2010-cu ildən qüvvəyə minən qanuna görə, İsveç Ordusu tamamilə könüllü əsgərlərdən təşkil olunur. Məcburi hərbi xidmət tələbi qanundan çıxarılıb. Həmçinin “soyuq müharibə”nin bitməsi ilə ordudakı xidmət edən kişi əsgərlərin faiz nisbəti azalıb, qadın əsgərlərin sayı isə artıb.

İsveç hər iki dünya savaşında da tərəfsiz olub. İsveç son zamanlarda çox ciddi hərbi texnoloji silahlar, müasir hərbi texnikalar istehsal edərək ordusunu əsasən daxili istehsal hesabına təmin edir.

Ordu

Nəşr edilib: 2020/11/05 9:12

Baxış: 231


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06