“Sumqayıt” Futbol Klubu 2019/2020 mövsümündə yeni loqo altında çıxış edəcək.
Minval.info klubun saytına istinadən məlumatına görə, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir.
Rəmzin alt hissəsində yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.