“Sumqayıt” “Səbail”i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, “Sumqayıt” yenicə təmirdən çıxan “Kapital Bank Arena”da “Səbail”i sınağa çəkib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Atilla Yıldırım vurub.
Bu qələbə sayəsində “Sumqayıt” xallarını 14-ə çatdırsa da, yenə 6-cı pillədə qalıb. “Səbail” isə 20 xalla 3-cüdür.
Qeyd edək ki, turun açılış oyununda “Neftçi” səfərdə “Sabah”a qalib gəlib – 2:1. Dekabrın 2-də “Qəbələ” “Zirə”ni, dekabrın 3-də isə “Qarabağ” “Keşlə”ni qəbul edəcək.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

