Sumqayıtda binada yanğın – Sakinlər təxliyyə edildi
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Minval.info xəbər verir ki, binanın pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı binadan 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

