Bakı-Quba yolunda dəhşətli qəza: 5 nəfər öldü – FOTO/VİDEO (YENİLƏNDİ)

İlkin məlumata görə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır.
Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir.
İlkin məlumata görə, yük maşınının sürücüsü sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.



***
Sumqayıtda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.
Minval.İnfo ONA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza nəticəsində 5 nəfərin öldüyü bildirilir.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

