Sumqayıtda içkili ər, arvadını döyərək xəstəxanalıq edib
Sumqayıtda ər içki üstündə arvadını döyüb.
Minval.info-un Report-a istinadla verdiyi məlumata görə, hadisə şəhərin Novruz qəsəbəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü İsmayılova Hürü Nazim qızı yaşadığı Sumqayıt şəhəri Novruz qəsəbəsi ev 11 mənzil 1 də əri tərəfindən döyülüb. Qadın aldığı ağır xəsarərlərlə xəstəxanaya çatdırılıb.
Məlumata görə , ər içki üstündə arvadını döyərək xəstəxanalıq edib. Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

