Sumqayıtda iki gənc idmançı dənizdə itkin düşüb – 4 gündür xəbər yoxdur – Fotolar

Aprelin 18 da Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.
Minval.İnfo Qafqazinfo-ya istinadən xəbər verir ki, onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.
Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.
İki idmançının itkin düşməsi barədə aidiyyatı qurumlara məlumat verilib. Lakin, 4 gündür aparılan axtarışlardan nəticə əldə olunmayıb.






XƏBƏR LENTİ
2025/11/19 14:22

