Sumqayıtda kafedə ölüm hadisəsi baş verib
Sumqayıtda kafedə ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə işləyən, 1960-cı il təvəllüdlü Həsənov Etibar Mirzəağa oğlunun vəziyyəti qəflətən pisləşib. Əraziyə təcili tibbi yardım çağırılıb və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

