Sumqayıtda minik avtomobili yanıb

Sumqayıt şəhərində avtomobil yanıb. Hadisəyə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsinin yanması səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya bildirilib ki, yanğının söndürülməsinə cəlb olunan yanğından mühafizə bölmələri alovu lokallaşdırıb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

