Sumqayıtda yanğın – 12 nəfər təxliyyə edildi
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

