Sumqayıtda yaşayış binasında yanğın: 5 nəfər xilas edildi
Sumqayıtda yanğın qeydə alınıb.
FHN-dən verilən məlumata görə, şəhərin beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

