Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Minval.İnfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Digər sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

