Sumqayıtda yaşayış binasında yanğın
Sumqayıtda yanğın qeydə alınıb.
Minval.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 12 ədəd elektrik açarı və 5 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

