Sumqayıtın girişində baş verən qəza tıxaca səbəb oldu – FOTOLAR
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi olub.
Qəza şəhərin girişində, Sülh küçəsində baş verib.

Bakıdan Sumqayıta gələn “Mercedes” markalı minik avtomobili şəhərin girişində həmin istiqamətdə hərəkət edən “Toyota Prado” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Nəticədə şəhərin girişində tıxac yaranıb. (Oxu.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22


