Superliqada “Beşiktaş” rəqibini belə məğlub etdi – VİDEO
Türkiyə superliqasının ilk həftəsinin oyunları çərçivəsində “Beşiktaş” və “Akhisar” komandaları İstanbulda üz-üzə gəlib.
Minval.İnfo xəbər verir ki, görüşə Qara qartallar sürətli başlayıb. 39-cu dəqiqədə Pepe qol vuraraq komandasını hesabda önə çıxarıb.
Hissənin sonuna doğru istanbul təmsilçiləri rəqibə təzyiqi artırıb və 42-ci dəqiqədə Babelin qolu ilə fərqi 2 topa çatdırıb. Bundan sonra qonaqlar hesabı dəyişmək üçün hücumların sayını artırıb.
Oyunun 56-cı dəqiqəsində “Akhisarspor”un heyətində Selezniov qol vuraraq komandasını ümidləndirib.
Lakin qonaqların bundan artığına gücü çatmayıb və oyun “Beşiktaş”ın 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Tamerlan
XƏBƏR LENTİ
2025/11/19 14:22


