Superliqanın açılış matçında “Qalatasaray” debutantı belə məğlub etdi –VİDEO

Türkiyə superliqasının ilk həftəsinin açılış oyununda son çempion “Qalatasaray” və debutant “Ankaragücü” komandası ankarada üz-üzə gəlib.
Minval.İnfo xəbər verir ki, görüşə debutantlar sürətli başlayıb. 7-ci dəqiqədə Mustafa El-Kabir qol vuraraq komandasını hesabda önə çıxarır.
Ancaq cimbomun cavabı gecikmir. Görüşün 21-ci dəqiqəsində Serdar Aziz hesabı bərabərləşdirir.
30-cu dəqiqədə Meydan sahiblərinin müdafiəçisi Bakari Kone avtoqol vuraraq “Qalatasaray”ı hesabda önə keçirir.
90-cı dəqiqədə Eren Derdiyok ankaralıları sonuncu dəfə məyus edib. Beləliklə oyun “Qalatasaray”ın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Tamerlan
XƏBƏR LENTİ
2025/11/19 14:22

