Suraxanı rayonunda minik və yük avtomobilləri toqquşub

Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində Ş.Süleymanovun idarə etdiyi “BMW” markalı avtomobil əks istiqamətdə hərəkət edən “Kamaz” markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, hadisə nəticəsində Ş.Süleymanovun sərnişini – qardaşı Zaur Süleymanov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

