Suriyadan ABŞ-a reaksiya: Düzgün deyil

ABŞ-ın Suriyada İŞİD terror qruplaşmasının məğlub edilməsi ilə bağlı bəyanatı düzgün deyil, mübarizə davam edir.
Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində aparılan Suriya danışıqlarında rəsmi Dəməşqi təmsil edən nümayəndə heyətinin rəhbəri Bəşər əl-Cəfəri deyib.
“ABŞ İŞİD terror qruplaşmasına son qoyulduğunu iddia edir. Bu, düzgün deyil. Ərəb ordusu və alyans qüvvələri hələ də Suriyadakı İŞİD qalıqları ilə mübarizə aparır”, – Cəfəri bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

