Suriyaya gedən Əfqan və Bilalın işində silahdaşları ifadə verməkdən imtina etdi

Cinayətkar birlik yaratmaqda, Suriyada terror təşkilatına qoşulmaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunan Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində 1990-cı il təvəllüdlü Tural Şahverdiyev dindirilib.

Tural Şahverdiyev də Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkə ittiham edilir. O, 9 il 6 ay azadlıqdan məhrum edilib.

Hakim Tural Şahverdiyevdən ifadə verməsini istəyib. Tural Şahverdiyev təqsirləndirilən şəxsləri tanımadığını, onları nə Azərbaycanda, nə də Suriyada görmədiyiin deyib və ifadə verməkdən imtina edib.

Prosesin davamında hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Bilal Ismayılov məhkəmədən xahiş edib ki, onun 2014-cü ilin fevral ayında ölkəyə qayıtması nəzərə alınsın: “Suriyaya gedənlərin cinayət məsuliyyətinə cəlb edilməsi qərarı biz qayıdandan sonra qəbul edilib. Xahiş edirəm ki, bunu nəzərə alın. Biz könüllü olaraq gəlmişik və ifadə vermişik”.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər. Onlar 2014-cü ildə Azərbaycana qayıdıblar.

Elan olunmuş ittihamla hər iki şəxs özünü qismən təqsirli bilib. Onlar deyiblər ki, aldadılaraq Suriyaya aparılıblar. Müttəhimlər Suriyaya getməkdə məqsədlərinin döyüşmək olmadığını deyiblər.

Əfqan Aslanov sərbəst ifadəsində deyib ki, cinayət törədib, amma bu cinayəti dini düşmənçilik zəminində etməyib:

“Bizi aldadıb aparıblar. Suriyadan qaçqınları keçirmək üçün getmişdik. Amma başqa şeylər gördüm. Qəbələdə Məhəmməd adlı şəxs var idi. O bizə psixoloji təsir göstərirdi. Deyirdi ki, xeyirxah işdir, savab işdir. Sərhəddə qalan qaçqınları xilas edəcəkdik”.

Əfqan Aslanov Bakıya qayıtdıqdan 5 il sonra həbs edilməsinin səbəbini belə izah edib: “Sonra bir yolunu tapıb qayıtdım. Gələndə məni MTN-ə çağırdılar. Gedib ifadəmi verdim və dedilər ki, cinayət törətməmişəm. Ona görə də məni tutmadılar. 2017-ci ildə mən özüm ov tüfəngi düzəltmişdim. Kənd yerində idik, meşəlik ərazidə yaşadığımız üçün lazım olurdu. Ətraf ərazilər vəhşi heyvanlarla dolu idi. Ona görə məni saxladılar. Onda da məndən Suriyaya getməyimə görə ifadə aldılar. Bir müddət sonra məni yenidən rayonun DTX-sına çağırdılar. Dedilər ki, sabah Bakıya DTX-nın istintaq idarəsinə gedim. Mən də getdim. Orda sanksiya verib, məni tutdular”.

Digər təqsirləndirilən Bilal da ifadə verib. O söyləyib ki, Suriyaya yaşadığı Yevlax şəhərindən gedib. O da söhbətləri məsciddə eşitdiyini bildirib.

Hər iki şəxs əməllərindən peşman olduqlarını deyiblər.

Qeyd edək ki, hər iki şəxsin Azərbaycana qayıtması Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-in dönəminə təsadüf edir. Onlar MTN-ə çağırılsa da, barələrində heç bir tədbir görülməyib.

Ölkə

Nəşr edilib: 2019/11/27 12:42

Baxış: 145


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06