Sürücülərin diqqətinə!
Nərimanov rayonu Faiq Yusifov və Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.
Minval.info-nun Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumatına görə, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə görülür.
Bu səbəbdən sürücülərdən adıçəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

