Sürücülərin NƏZƏRİNƏ! – Bu gündən cərimə…
İnzibati Xətalar Məcəlləsinə dünən edilən və bu gün qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O əlavə edib ki, cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisi (DYP) əməkdaşlarına aiddir:
“Dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) Bakı Nəqliyyat Agentliyinin (BNA) cərimə yazmaq səlahiyyəti ləğv edildi. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır”./BAKU.WS
XƏBƏR LENTİ
2025/01/27 12:16
2025/01/15 16:23
2024/12/24 14:24
2024/12/24 11:36
2024/12/23 16:35
2024/12/11 14:06