Suyun üzərində dünyaya gəlib, orada da yaşayırlar- FOTOLAR
Dünyada müxtəlif adətləri və yaşam tərzi olan qəbilələr var. İndi haqqında bəhs edəcəyimiz qəbilə “Bajau” adlanır.
Bu qəbilə digər bütün qəbilələrdən fərqlənir. Belə ki, onların nə milli mənsubiyyətləri, nə də ki, yaşadıqları bir torpaq ərazisi var. Yəni, onlar yalnız dənizdə yaşayırlar.
Malaziyanın Borneo adasındakı “Bajau” qəbiləsi dənizdə yaşaması səbəbiylə “dəniz qaraçıları” adlanır, amma onlar digər qaraçılar kimi köçəri həyat yaşamırlar.
Onlar evlərini ya dənizin üzərində kiçik daxmalar şəklində, ya da mərcan qayalıqları arasında tikirlər. Ailələr həyatlarının böyük bir qismini suda keçirirlər. Yalnız alış-veriş ya da ölülərini dəfn etmək üçün quruya çıxırlar.
Dənizdən tutduqları məhsullarla qidalanan bu qəbilə insanlığa zidd yaşam tərzi ilə görənləri təəccübləndirir. Onların əsas qazanc mənbəyi dəniz məhsullarıdır. Bu məhsullarla həm özləri qidalanır, həm də onu satıb pul qazanırlar.
Hər ailədə ən azı 4 uşaq olur. Bu uşaqlar çox kiçik yaşlarında üzməyi öyrənirlər. Artıq 8 yaşında qayıqla balıq ovuna çıxmağı bacarırlar.
Minval.info















