Suyun verilməsi nə vaxt bərpa olunacaq? – Rəsmi açıqlama

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma nəticəsində ölkənin su təchizatında yaranmış fasilələr aradan qaldırılmaqdadır.

Bunu Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Artıq Ceyranbatan su anbarında təmizləyici qurğularda rejim tam bərpa olunub və anbarda bütün qurğular tam gücü ilə işləyir. Kür təmizləyici qurğuların 75-80 faizi, Şollar su xətti də tam gücü ilə işləyir. Oğuz-Qəbələ-Bakı su kəməri isə hələ ki qoşulmayıb. Hazırda həmin xəttin qoşulmasına hazırlıq işləri gedir”.

A.Cəbrayıllı bildirib ki, Bakı şəhərində bütün nasosxanalara elektrik enerjisinin verilməsi bərpa olunub: “Anbarlardakı suyun əhaliyə paylanmasına başlanılıb. Günün sonuna qədər Bakının hər yerində suyun verilişi tam bərpa olunacaq”.

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Minval.info

Gündəm

Nəşr edilib: 2018/07/03 10:49

Baxış: 462


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06