Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb – Foto

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb. Bu barədə “Qafqazinfo”ya  Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.

O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib:

“Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb.

Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. I  kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər.

Özümüz hazırda Qara Qarayev ərazisində kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf-bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.

Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilərlər.

Əlaqə telefonu: (050) 461-53-17

***

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, tələbə itkin düşəndən sonra atası universitetə gələrək dekan və prorektorla görüşüb: “Valideyni oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Hələ ki, bir xəbər yoxdur”.

Hadisə, Vacib

Nəşr edilib: 2019/10/01 17:45

Baxış: 1519


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06