Təhsil İdarəsindən “8 mart”la bağlıAÇIQLAMA

Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı şagirdlərdən pul yığılır.
Bu barədə “facebook”-da Vilayət Muxtar yazıb. Onun sözlərinə görə, bu məqsədlə məktəbdə şagirdlərdən 50 manat tələb edilib. Bu iddia ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bizimyol.info-ya bildirilib ki, məsələ araşdırılıb.
“280 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məsələ ilə bağlı araşdırma aparılıb, heç bir vəsait toplanması faktı təsdiqini tapmayıb”,-deyə sorğuya cavabda bildirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

