Tələbələrin əbədi problemi – yataqxana: çıxış yolu nədir…?

Bəzi ali təhsil ocaqlarının yataqxanası olsa da, bu, müraciət edən tələbələri yerləşdirmək üçün kifayət deyil, səbəb…

Yeni tədris ilinin başlanmasına az qalıb. Ancaq tələbələrin yataqxana problemi bu il də tam həllini tapmayıb. Tədris ili ərəfəsində kirayə ev axtarışında olan tələbələrin çoxluğu bunu deməyə əsas verir. Ali məktəblərin bəzilərinin ya yataqxanası yoxdur, ya da həmin yerlərdə illərdir ki, köçkün ailələri məskunlaşıb.

Ən çox tələbəsi olan Bakı Dövlət Universitetinin təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, universitetin 2 yataqxana kompleksi var: “Onlardan birinin layihəsi 2013-cü ildə hazırlanıb. Amma yataqxananın maliyyə məsələləri bu gün həllini tapmayıb. İkinci yataqxana ilə bağlı iş gedir. Layihəmiz hazırdır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müəyyən razılıq əldə edə bilsək, çox güman ki, yaxın vaxtda tikintisinə başlayacağıq”.

Tələbələrinin sayına görə ikinci yerdə duran UNEC-in 5 tələbə yataqxanası var, hamısında da məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən UNEC tələbələrini yataqxana ilə təmin edə bilmir.

Ağa Cəfərli ile ilgili görsel sonucu

Azərbaycan Dillər Universitetinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli bildirir ki, oğlanlar üçün yataqxanada məcburi köçkünlər məskunlaşıb: “Qızlar üçün yataqxananın iki blokunda da köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün şərait var. ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. Eyni zamanda yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə qızlar üçün yataqxanada gözəl bir kitabxana da tikilib”.

Mənsur İbrahimov ile ilgili görsel sonucu

Azərbaycan Dövlət Pedaqoji Universiteti İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimovun sözlərinə görə, universitetin Dərnəgül qəsəbəsində 4 yataqxana binası var: “Həmin yataqxanalarda erməni işğalı nəticəsində öz ata-baba yurdundan didərgin düşmüş köçkün soydaşlarımız yaşayır. Bu səbəbdən də bizim tələbələrimizi orada yerləşdirmək imkanımız yoxdur. Hazırda məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesi başlayıb. Bundan başqa, ADPU-nun 2 saylı tədris binasında 200 nəfərlik yataqxana binamız var. Tələbələr yerləşdirilərkən şəhid, aztəminatlı ailələrə daha çox üstünlük verilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (köhnə Azərbaycan Dövlət Neft Akademiyası) də vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olub. Onlardan 6-sı sökülüb, onların yerində 1000 nəfərlik yeni yataqxana tikilir. Yataqxananın tikintisinə ümumi rəhbərliyi Təhsil Nazirliyi həyata keçirir. Yataqxananın ideya və maliyyə dəstəyi Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Qalan bir bina qismən təmir olunub, istifadəyə verilib. Yataqxanada 320 nəfərlik yer var. 3 nəfərlik otaqlarda aylıq ödəniş 35 manat, 2 nəfərlik otaqlarda isə 25 manatdır. Əsasən əcnəbi tələbələr qalsa da, yerli tələbələr də var. İmkanı olmayan azərbaycanlı tələbələr ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək pulsuz yataqxana ilə təmin olunurlar” deyə, ADNSU-nun ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov deyib.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir. Ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıdakı digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək. Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov bildirir ki, universitetin yataqxanasının 6 korpusu var: “Onlardan 5-i gələcək həkimlərin ixtiyarındadır, 1-ində isə məcburi köçkün ailələri yerləşdirilib. Ümumilikdə 1208 tələbə tutumludur. 2 korpus oğlanlar, 2-si qızlar, 1-i isə xarici tələbələr üçündür. Yataqxanadan istifadə Azərbaycan vətəndaşları üçün ödənişsizdir. Qızlar qalan korpuslardan biri ötən il tam təmir olunub, digərinin isə bu il təmirinə başlanılıb. Gələn il tələbə qızların istifadəsinə veriləcək. Oğlanların korpusunda heç bir problem yoxdur. Kifayət qədər yerimiz var. Ehtiyac olanda başqa universitetlərin tələbələrini də yerləşdirə bilərik”.

2010-cu ildən bəri ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsinə başlanılsa da, bu proses hələ də yekunlaşmayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin sədri İbrahim Mirzəyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin sədri İbrahim Mirzəyev Bakının Suraxanı rayonunun Kürdəxanı qəsəbəsində, Sumqayıtda məcburi-köçkünlər üçün yeni yaşayış kompleksi tikildiyini qeyd edir: “Köçürülmə olanda daha ağır vəziyyətdə olan məcburi köçkünlərə üstünlük verilir. Zirzəmidə olanlar, yataqxanada və uşaq bağçalarında qalanlar, inzibati binalarda yaşayanlar və s. Bütün məcburi köçkünlər mərhələli şəkildə köçürüləcək”.

Gündəm

Nəşr edilib: 2018/08/17 8:53

Baxış: 390


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06