Təranə ərinin yanında Elgizə: “Baxmağım üçün soyunmalısan…”
Müğənni Təranə Qumral işlətdiyi sözlərlə yenidən gündəmə gəlib.
Minval.info xəbər verir ki, Elgiz Əkbərin verilişinə qonaq olan sənətçi bu dəfə “maraqlı” zarafatı ilə müzkirəyə səbəb olub.
Belə ki, aparıcı proqramda həyat yoldaşı Musa Musayevlə iştirak edən Təranəyə “niyə sizi bir verilişdə oturzdurmaq olmur” sualına müğənni “otuzdur da…” cavabını verib. Ardınca T.Qumral “bəs, deyirəm axı, mənə “uzi” Təranə deyirlər” sözlərini söyləyib. Elgiz isə bunun qarşılığında ona “uzisən? bax mən ödümdən şübhələnirəm, sən deyə bilərsən nədəndir” sualını verib.
Təranə bunun qarşılığında aparıcıya “baxmağım üçün əvvəl soyunmalısan” deyib. Baxmayaraq Elgiz Əkbər müğənnin cavabına “az yaxşı…” söyləyib. Lakin Təranənin bu sözlərinə verilişdə iştirak edən həyat yoldaşı xeyli gülüb. Proqramın digər aparıcısı Əli Mirəliyev gülə-gülə “onu mən istəyirəm, sənə olmaz, olmaz” deyib.
Sani / Minval.info

