Təranə Vəlizadə nazirin qəbuluna düşdü – FOTO

Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxılıb.
Minval.İnfo xəbər verir ki, qəbula yazılan sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirilib.
Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırıblar.
Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Görüşdə vətəndaşlarla yanaşı, müğənni Təranə Vəlizadə də iştirak edib.
T. Vəlizadə “Qafqazinfo”ya açıqlamasında nazirin qəbuluna işlə bağlı düşdüyünü bildirib: “Şəxsi məsələmə görə görüşdüm. Fəxri ad məsələsi deyil, başqa mövzudur, işlə bağlıdır”.




