Tərtərdə ana 9 yaşlı oğlunu şişlə dağladı, ata şikayətçi oldu
Tərtərdə ana 9 yaşlı oğlunu nadinclik etdiyi üçün şişlə dağlayıb.
APA-nın verdiyi xəbərə görə, rayonun Azadqaraqoyunlu kəndində yaşayan Könül Dünyamalıyeva evdə şişi qaz sobası üzərində qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü T. Dünyamalızadənin bud, çanaq, qol və əl nahiyələrinə basaraq dağlayıb.
Bu barədə polisə uşağın atası R.Dünyamalıyev şikayət edib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

