Tərtərdə əhalinin vaksinasiyası uğurla davam edir

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.

Minval.info-nun məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin vaksinasiyasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 57 min 714 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 34 min 126, ikinci doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 588 nəfərdir. Tərtər rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 53 faiz təşkil edir.

Əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində sakinlər vaksin olunmaq üçün rayon mərkəzi xəstəxanasına və yaşayış massivlərindəki tibb məntəqələrinə müraciət edirlər. Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Prezident İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirirlər.

 

Səhiyyə

Nəşr edilib: 2021/08/27 12:25

Baxış: 30


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06