Tacikistan prezidentinin sevgililəri

Dövlətlərin birinci şəxslərinin şəxsi həyatı, ailəsi həmişə ictimaiyyəti maraqlandırıb.

Müsəlman ölkələrində bu cür informasiyaları əldə etmək isə həmişə problemə çevrilib.

Amma hakimiyyətin ali kürsülərində hansı ölkədə oturmalarından asılı olmayaraq, onların barəsində bu və ya digər formada real, bəzən də real olmayan faktlar açıqlanır. Bu zaman birinci şəxslərin məşuqələri haqda həqiqətlər, dedi-qodular da gündəmə gəlir.

Minval.info PRESSDAY.az-a istinadən xəbər verir ki, Tacikistan Orta Asiyada prezidentin şəxsi həyatı ilə bağlı yetərincə məlumatların olmadığı ölkədir. Məsələn, Tacikistan prezidenti Emomali Rahmonun həyat yoldaşı Azizmo Asadullaeva haqqında digər ölkələrin birinci ledilərindən fərqli olaraq çox şey məlum deyil.

Bununla belə, müsəlman adət-ənənələrinin hökm sürdüyü Tacikistanda prezidentin şəxsi həyatı ilə bağlı bir sıra maraqlı iddialar səsləndirilir.

İddialardan birinə görə, Tacikistanın lideri boş vaxtlarında ova gedir və kitab oxuyur.
Emomali Rahmonun əntiq əşyaların kolleksiyasını topladığı da bildirilir.

Bədxahlar və müxalifət Rahmonın sevgililərinin olduğunu da iddia edir.

Bunların arasında müğənnilər Qulru Tabarova, Niqina Amonkulova və Manija Davlatovanın, milli televiziyanın diktoru Munira Rahimova və respublikanın müdafiə nazirinin qızı Diana Xayrulloevanın adları çəkilir.

Əlbəttə, bu iddiaları təsdiqləyən rəsmi məlumatlar və sübutlar yoxdur .

Tacikistan rəhbərinin seksual sərgüzəştləri və ona xidmət edən qadınlar haqqında miflər bu gün heç kimdən ötrü gizli deyil. Prezident Emomail Rahmon təhqir olunmuş həyat yoldaşının dəfələrlə məzəmmətlərinə baxmayaraq, aralarında estrada müğənniləri və moda gözəllərinin olduğu sevgililəri ilə görüşməkdə davam edir.

İddialardan birinə görə, seksual iştahası doymaq bilməyən Rahmon hakimiyyətdə olduğu illərdə çox sayda qadını ərinə xəyanətə məcbur edib. Bu gün də o, Tacikistanın ən məşhur gözəllərini əsl hərəmxanasında saxlayır. Sevgililəri Emomali Rahmonı rəsmi və qeyri-rəsmi xarici səfərlərdə müşayiət edirlər. O öz gözəllərinin əhatəsindən bir dəqiqə belə uzaqlaşmır, həmişə müğənni və rəqqasələri jurnalist kimi özü ilə götürür.

Digər iddiaya görə, Emomali Rahmonun son zamanlar ən məşhur sevgililərindən biri Kulyaba şəhərində anadan olan, 27 yaşlı estrada müğənnisi Qulru Tabarova olub. 2015-ci ilin iyun ayında o, Tacikistan prezidentinin dəstəyi ilə M.Tursunzdə adına Dövlət Mədəniyyət Universitetini bitirib. Hazırda Düşənbə şəhərindəki Tacikistan-Hindistan mədəniyyət mərkəzi yanındakı “Ruxşona” rəqs ansamblının bədii rejissorudur.

Emomali Rahmon və Qulru Tabarovanın əsas görüş yeri prezidentin Kulyabdakı rezidensiyasıdır. Qulru Tabarova prezidenti dəfələrlə Xatlon və Soqdiy vilayətlərinə səfərlərdə müşayiət edib.

Prezidentin göstərişi ilə Qulru Tabarova son zamanlar müntəzəm olaraq bütün bayram və rəsmi tədbirlərinə cəlb olunur. Məsələn, 2015-ci ilin iyul ayında özünün rəqs qrupu ilə Hindistanın baş naziri Narendra Modinin səfərinin şərəfinə Millət sarayında konsert proqramı ilə çıxış edib.

İddialara görə, tədbirlərdən birində Emomali Rahmonun digər sevgilisi Niqina Amonkulova ilə Qulru Tabarova arsında münaqişə baş verib.

Niqinanın Qulrudan prezidentlə sevgi münasibətlərinə son qoymağı tələb etdiyi də söylənilir.

Münaqişələrdən birinə səbəb Qulru Tabarovanın Tacikistanın “Müstəqilliyi günü” şərəfinə bayram tədbirində əsas iştirakçı kimi “Vətən” mahnısı ilə çıxış etməsi olub.

Niqina Qulru Tabarovanın Emomail Rahmonun qarşısında hörmətdən salmaq üçün fəal tədbirlər gördüyü də fakdır. Məsələn, 2015-ci ilin avqust ayında onun vasitəsilə kütləvi informasiya vasitələrində Qulru Tabarovanın əxlaqsız həyat tərzi və 7111 AO 01 dövlət nömrə nişanlı “Lexsus-gx470” markalı avtomobili içkili vəziyyətdə idarə etməsi haqda məqalələr dərc olunub.

Emomali Rahmon Orta Asiyanın ən mənfur və rüsvayçı şəxsiyyətlərindən biri hesab olunur. Rahmonun kifayət qədər klassik gedişli xarakteri var – bu uyğunluq paranoyası, mənəm-mənəmliyidir.

Müammar Qəddafinin sağlığında çox sayda seks kölələri olub. Onların arasından ən gözəlləri, ən güclüləri və cəsarətliləri seçilib şəxsi mühafizəçi qvardiyası yaradılmışdı.

Son seçimi Qəddafi özü aparırdı və tez-tez onlardan intim xarakterli xidmətlər tələb edirdi.

Lakin Tacikistan dövlətində praktika bunqan da heyrətamizdir. 

Foto, Maraqlı

Nəşr edilib: 2018/02/04 19:54

Baxış: 2181


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06