Taksi şirkətlərinin bayram özbaşınalığı: Qiymətlər 100 faiz bahalaşdı
Bayramla əlaqədar bütün taksi şirkətləri qiymətləri qaldırıb.
Minval.info yenicag.az-a istinadən xəbər verir ki, indi taksi xidmətində 100 faiz bahalaşma müşahidə olunur.
Qiymət artımı müşahidə olunanlar arasında *9933, *189, *8555, *9111 kimi taksi xidmətləri göstərən şirkətlər də var.
Görünür, fürsətdən istifadə edən taksi xidməti göstərən şirkətlərinin rəhbərləri müştəri məmnunluğunu yox, onun cibini soymağa üstünlük verib.
Məsələ burasındadır ki, əvvəllər 3 manata gedilən yol üçün, indi 7 manat tələb olunur.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

