Taliban jurnalistlərə etiraz aksiyalarını çəkməyi qadağan edib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları jurnalistlərə Kabildə baş verən etiraz aksiyalarını lentə almağa icazə vermirlər.
Minval.info xəbər verir ki, bu barədə “Tolo News” telekanalının rəhbəri Lütfulla Nəcəfizadə “Twitter”də yazıb.
“Medianın kameraları əlindən alınır, jurnalistlərdən çəkməmələri tələb olunur. Etirazçılar Kabildə yürüşlərini davam etdirirlər. Etiraz etmək və məlumat vermək azadlığı haradadır?”, – o bildirib.
Nəcəfizadə daha əvvəl yüzlərlə əfqanın Pakistanı tənqid edən şüarlar altında Kabildə etiraz aksiyası keçirdiyini yazıb. Onlar İslamabadı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıblar.
Məlumata görə, “Taliban” etirazçıları dağıtmaq üçün havaya atəş açıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

