Tanınmış aparıcı baxıcıları dələduz, onları verilişlərinə dəvət edənləri də şərikləri adlandırdı

Məşhur aparıcı Tural Yusifov ekastrasensləri verilişlərinə dəvət edən həmkarlarına müraciət edib: “Hörmətli” həmkarlar, niyə efir müxtəlif ekstrasens, baxıcı, görücü və vericinin meydanına çevrilib? Siz onların xidmətindən istifadə edirsiniz? Heç kim , təkrar edirəm, heç kim gələcəyi bilmir. Bilə də bilməz!!!”

Minval.İnfo xəbər verir ki, “Avtostop” verilişinin aparıcısı ekstrasensləri dələduz adlandırıb: “Efirə dəvət etdiyiniz şəxslər insanların psixoloji durumundan pul qazanan dələduzlardır. Siz nə üçün bu dələduzları reklam edirsiniz? Reytinqə görəmi? Tüpürüm o reytinqə. Psixoloji zəif, savaddan piyada insanlar son pulunu onlara verib bəxt açdırmaq, ağız bağlamaq kimi mənasız işlərə qurşanırlar. Və ya əl ilə müalicə? Siz ciddisiniz? O zaman rentgen, lazer şüası nəyə lazımdı? Sizin şarlatanların əl ilə müalicəsi var da”

Yusifov həmçinin baxıcı tip adamları verilişinə dəvət edən aparıcıların onları öz verilişlərinə dəvət etməklə onların şərikinə çevrildiklərini deyib: “Siz dələduzların ortağına çevrildiyinizin fərqindəsiniz? Allah vergisi deyilən bir şey yoxdur. Elm var!!! Bunu mən sizə 20 ildir ibadətdə olan biri kimi deyirəm. Allah həyatında bir dəfə belə ibadət etməmiş, kitabını açıb oxumamış birinə niyə vergi versin? Hansı xüsusi xidmətinə görə?”

Aparıcı sonda belə əlavə edib: “Və ya bir saat sonra başına nə gələcəyini bilməyən insan, necə kiminsə gələcəyinin proqnozunu verə bilər? Siz bu insanları niyə zəlil edirsiniz? Özünüz bu dələduzlara inanırsınız, cəhənnəm, camaatı bu bəlaya niyə mübtəla edirsiniz? Adını yazanda 5 yerdə səhv edən biri kiməsə dəva ola bilərmi? Dua yazmaq da haradan çıxdı? Sizın başınız ağrısa, dərmanı cibinizdə gəzdirəcəksiniz? Bu şarlatanlar efirdə ekspert kimi çıxış edir və MTRŞ susur. Yalançı şəxslərin efirdə nə işi var axı??
Men sizin bu verilişlərinizə görə utanıram.”

Minval.İnfo

Ölkə

Nəşr edilib: 2018/06/25 23:54

Baxış: 373


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06