Tanınmış azərbaycanlı müğənninin maşını soyuldu – FOTO

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın maşınına hücum olunub.

Belə ki, o, “Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

Gecə saatlarında naməlum şəxs Kazımovanın 90 ** 527 nömrəli maşınının şüşəsini sındıraraq “bardaçok”dan 2 min manat oğurlayıb.

Məsələ ilə bağlı oxu.Az-a danışan Dilarə baş verən olayı təsdiqləyib.

“Ayın 7-si gecə saat 2-də studiyadan evə gəldim. Həmişəki yerdə maşınımı saxladım. Bundan öncə də avtomobilimdə dəfələrlə pul saxlamışam. Heç bir şey olmayıb. Saat 9-da həmin 2 min manat pulu başqasına verməli idim. İnanmırdım ki, 7 saat ərzində bu pulu oğurlayarlar. Dünən saat 8-də bizə dedilər ki, avtomobilin sağ şüşəsini sındırıblar. Aparılan təkcə pul deyil. Avtomobilin içindən bahalı parfüm, üç ədəd eynək də götürüblər”.

Dilarə bildirib ki, şikayəti bu gün səhər yox, dünən edib:

“Dünən səhər biz şikayət etmək üçün polisə yollandıq. Orada bizə dedilər ki, analoji hal 5 gün öncə də təkrarlanıb. Bizdən öncə iki maşını da sındırıblar. Bunu bilsəydim, pulu maşında qoymazdım. Notbukumu da avtomobildə qoymaq istəyirdim, sonra fikrimi dəyişdim”.

Kazımova məsələ ilə bağlı araşdırmanın getdiyini bildirib:

“Cinayət işi açılıb. Dünən ekspertlər də gəlib, baxış keçirdilər. İnanıram ki, tapacaqlar”.

Maqazin

Nəşr edilib: 2018/06/08 13:57

Baxış: 343


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06