Tanınmış baş redaktor və ailəsi koronavirusa yoluxdu – FOTO
Azərbaycanlı jurnalist koronavirusa yoluxub.
Minval.info xəbər verir ki, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri koronavirusa yoluxub. Bu barədə jurnalist özü məlumat verib.
Sosial şəbəkə hesabından paylaşım edən baş redaktor bildirib ki, artıq müalicəyə başlanılıb: “Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!”
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

