Tanınmış diktor vəfat edib

SSRİ Mərkəzi Televiziyasının tanınmış diktoru Yevgeni Suslov vəfat edib.
Azvision.az xəbər verir ki, o, 81 yaşında Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, Yevgeni Suslov 1937-ci ildə anadan olub. 1962-ci ildən SSRİ Mərkəzi Televiziyasında diktor kimi fəaliyyət göstərib. “Zaman” xəbərlər proqramının və “Mavi işıq” verilişinin aparıcısı olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

