Tanınmış həkimin oğlu ağaclardan pul qazanır – FOTOLAR, VİDEO
Ağstafa sakini hobbisindən gəlir əldə edir
Uşaq vaxtından əl işləri düzəltməyə həvəsli olan Ağstafa sakini Araz Əliyev hobbisini sənətə çevirib.
Minval.İnfo xəbər verir ki, taxta, yapışdırıcı və müxtəlif materiallardan istifadə edərək düzəltdiyi əl işləri görənlərin diqqətini cəlb edir. Ərsəyə gətirdiyi əl işləri isə çilçıraq, saat, çörək qabı, stol, stul və s.
İxtisasca mühəndis olan Araz Əliyev kiçik emalatxanasında düzəltdiyi əşyalardan gəlir də əldə edir. Ölkəmizin hər yerindən, hətta Gürcüstandan da alıcıları var. Qiymətlər isə əşyanın həcminə və ona sərf olunan materiala görə dəyişir.
İddia edir ki, onun düzəltdiyi əl işlərinin analoqu yoxdur. Hər bir əşyaya da özünə məxsus “Həkimoğlu” imzası əlavə edir. Ən böyük istəyi isə əl işlərindən ibarət sərgi açmaqdır.
Cümşüd
Minval.İnfo











