Tanınmış jurnalist Xoşqədəm haqqında: “İnsanların pis günündən pul qazanmağı özünə peşə seçib”
Xoşqədəm Hidayətqızının jurnalistə rekasiyası müzəkirələrə yol açıb.
Minval.info xəbər verir ki, sosial şəbəkədə aparıcı onun verilişini tənqid edən media nümayəndəsinə sərt təpki verib.
Belə ki, “Səni axtarıram”a qonaq kimi qatılan jurnalistlərdən biri facebook hesabında veriliş barədə fikirlərini paylaşıb. O qeyd edib ki, insanların həmin verilişi tənqid etmələrinə səbəb baş verənlərin şou olduğunu düşünmələridir.
Digər media nümayəndəsi Aytən Məmmədov isə bu statusun şərh hissəsinə “aparıcının “yarım kub vur, yatsın” söhbəti adamların yadından çıxmayıb, necə inansınlar ona?” sözlərini yazıb.
Verilişin aparıcı Xoşqədəm jurnalistin bu rəyinə “İnşallah, sənin də yolun düşsün o verilişə…” – yazaraq cavab verib.
Aytən Məmmədov aparıcının cavabını qarğış kimi qiymətləndirib:
“Mən bir daha əmin oldum ki, Xoşqədəm adamların pis günündən reytinq yığmağı, pul qazanmağı özünə peşə seçib. Yoxsa başqasına niyə ölüm-itim arzulasın ki?”.
Həmçinin oxu: Jurnalistdən “Səni axtarıram” verilişinin görünməyən tərəfləri barədə: “Bildiyiniz kimi deyil…”
Minval.info

