Tarixdə psixopatlığı ilə yadda qalan amansız hökmdar – Kaliqula (Fotolar)

Cəmi 4 il hökmdarlıq etmiş Kaliqulan qısa imperatorluq həyatına onlarla dəhşət, zülm, psixopat əməllər və pozğunluq sığışdırmağı bacarıb.

Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Roma İmperatorluğuna 37 və 41-ci illərdə hökmdarlıq etmiş Qay Yuli Avqust Sezar Kaliqula tarixin ən acımasız imperatoru kimi qəbul edilir.

Tarixi mənbələrə görə, hələ kiçik yaşlarında atası ona Roma əsgəri formasını geyindirərək cəbhələrə göndərib. Yaraşıqlı və heybətli olmadığı üçün heç zaman xalq tərəfindən ciddiyə alınmayıb. Həddən artıq tüklü olduğundan tacqoyma mərasimində Roma xalqı onu keçiyə bənzədərək ələ salıb.

cinsel-iliskiye-girdigi-kadinlarin-boynunu-715877_3506_7_b.jpg (93 KB)

Mənbələrə görə, Kaliqula taxta keçdikdən sonra əsl siması üzə çıxamağa başlayıb. Belə ki, xəstələnən zaman kiminsə onu zəhərlədiyini düşünüb, hər şeyə şübhəylə yanaşıb, xəyal aləmində yaşayırıb.

Tarixçilər onun epilepsiya və şizofreniya kimi xəstəliklərinin olduğunu iddia edirlər.

8e853a5f-9ecd-4bb3-bb53-e4da0fa31fb8.jpg (44 KB)

Qüdrətə sahib olduqdan sonra özünü Tanrı kimi görməyə başlayan psixopat hökmdar cinsi əlaqəyə girdiyi qadınların qulağına “istəsəm buradaca sənin boynunu üzərlər” deyib onların boynunun vurulması əmrini verib.

cinsel-iliskiye-girdigi-kadinlarin-boynunu-715877_9241_1_b.jpg (49 KB)

Tarix yazır ki, Kaliqula işgəncə görən insanları izləməkdən və işgəncələri xalqa açıq şəkildə nümayiş etdirməkdən böyük zövq alıb.

Qeyd edilir ki, amansız imperator öz xalqının içərisindən bir nəfərin əlləri və ayaqlarının bağlanmasını, 3 gün boyunca küçədə insanların gözü qarşısında zəncirlə döyülərək öldürülməsini əmr edib.

cinsel-iliskiye-girdigi-kadinlarin-boynunu-715877_8215_5_b.jpg (80 KB)

Kaliqula insanların xüsusi hazırlanmış işgəncə alətləri ilə hissələrə ayrılmasını və bununla həmin şəxsin birbaşa deyil, əzab verərək ölməsini istəyirdi.

Tarixi mənbələr imperatorun insanların arasından günahsız bir nəfəri seçərək vəhşi heyvanlara yem etmək kimi vərdişinin olduğunu da yazır. Eyni zamanda könlünə düşən ailələrdən bütün üzvlərini edam etdirməkdən belə çəkinməyib.

cinsel-iliskiye-girdigi-kadinlarin-boynunu-715877_3305_3_b.jpg (119 KB)

Kaliqulanın imperatorluğu dönəmində əhalinin bir qismi qorxunc davranışlarından görə, onun dəli olduğunu düşünüb. Bəziləri isə hökmdarın “içinə şeytan girdiyi”nə inanıb.

Tarixdə amansız, dəhşətli əməlləri ilə yadda qalan hökmdar öz əsgərləri tərəfindən öldürülüb. Kaliqula çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib və cəsədi itlərə yem verilib.

Musavat.com

Abe.jpg (49 KB)

Dünya

Nəşr edilib: 2019/09/26 13:16

Baxış: 254


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06