İbrahimoviç: “Tanrıya dua edirdim ki, yeməyə nəsə tapım” – FOTOLAR

Zlatan İbrahimoviç və ya İbrakadabra 3 oktyabr 1981-ci ildə İsveçdə dünyaya gözlərini açıb. Anası xarvat, atası bosniyalı olan Zlatanın uşaqlığı çox çətin keçib.

O, hələ uşaqkən valideyinləri tez-tez dalaşar, biri-birilərini təhqir edərdi. Zlatan uşaqlıqda valideyinləri ilə olan bir xatirəsini belə xatırlayır: “Heç yadımdan çıxmaz bir dəfəsində evin zirzəmisindən yıxılmışdım. Ağlayaraq atamın yanına qaçdım. Atam isə mənə orada nə işin vardı deyib sillə vurdu”.

 İbranın atası ilə arası sözlərindən göründüyü kimi çox pis olub. O, ailəsi haqda bunları qeyd edib: “Atamın heç bir dostu yox idi. İşi gücü içki içmək olub. Soyuducumuzun içi çox zaman boş olurdu. Mən küçələrdə futbol oynayıb, oğurluq edərdim. Evdə yemək görmədiyimdən özümü acından ölürmüş kimi hiss edərdim. Evə gəlib soyuducunu açmamışdan öncə tanrıya dua edərdim ki, soyuducuda yeməyə nəsə tapIm, ancaq yemək əvəzinə həmişə pivə butulkaları tapardım. Anam isə həmişə ağlayardı. O, bizə baxmaq üçün gündə 14 saat işləyərdi. Anam mənim ilk məhəbbətim olub”.

Hələ uşaqkən valideyinləri boşanan İbra uşaqlığını tam yaşaya bilmir. O, tez-tez digər uşaqlarla dalaşır və onların velosipedlərini oğurlayırdı.

ibrahimoviç ile ilgili görsel sonucu

Gənclik illəri

Həmyaşıdlarının gözünün qorxusunu alan Zlatanın futbolla tanışlığı 6 yaşında ona alınan butslarla başlayıb. Hündür boyu, güclü bədəni olan Zlatanın futbol istedadı da yetərincəydi.

İbra bu illər ərzində taykvando ilə qara kəmər sahibi olacaq qədər məşğul olduğundan belə fiziki gücə malik olması təbii qarşılanırdı. İbra 1996-cı ildə “Malmö” klubunun alt yaşlılar komandasına yazılır. Gənclər komandasının bir oyununda komandası 5-0 uduzan İbra oyuna daxil olduqdan sonra 8 qol ataraq komandasını məğlubiyyətdən xilas edir.

Bununla belə qazandığı titullar və pullar onu razı sala bilmədiyindən 16 yaşlı İbra futbolu buraxaraq bərədə fəhləlik etməyə başlayır. Ancaq “Malmö” gənclər klubun baş məşqçisi onu futbola qayıtmağa razı sala bilir.

ibrahimoviç ile ilgili görsel sonucu

Gənclər komandasına özünü tam doğruldan İbra “Malmö” klubunun əsas heyətinə qəbul olunur. Burada bir il oynayaraq demə olar komandasını tək başına əsas liqaya yüksəldir. Bundan sonra o, Avropanın bir çox nəhəng komandasının diqqətini çəkir.

Arsenalın baş məşqçisi Arsen Uenger onu komandaya cəlb etmək istəyir. Lakin bundan əvvəl İbranı məşqlərdə sınamaq qərarına gəlir. Buna qəzəblənən İbra bu təklifi geri çevirərək 8.7 milyon avro qarşılığında “Ayaks” klubuna transfer olur. İbra bunu belə xatırlayır: “Arsen Venger mənə yaxınlaşıb səni oyunda sınamaq istəyirəm dedi. Mən isə əsəbimdən partlayırdım və öz-özümə bunları deyirdim “Zlatan heç vaxt sınana bilməz””

ibrahimoviç milan ile ilgili görsel sonucu

Çox millətli ailəsinə görə həm İsveç, həm də Xarvatiya və Bosniya Hersoqovina yığmalarından təklif alan Zlatan İsveçi seçir və 20 yaşında ilk milli təcrübəsini yaşayır. İbra “Ayaks” da 3 ildə 74 oyuna 35 qol ataraq bir çox tanınmış komandanın diqqətini çəkir. Xüsusilə də “Nak Breda”-ya atdığı möhtəşəm qolla Avropaya səs salmağı bacarır.

“Ayaks”-da 2 liqa çempionluğu qazanan İbra 2004-cü ildə 14 milyon avro qarşılığında “Yuventus” klubuna transfer olur. Burada oynadığı 2 ildə 70 oyuna 23 qol atan Zlatan, qazanılan iki liqa çempionluğun əsas səbəbkarlarından biri olur. Bu çempionluqlardan sonra bütün dünyanı şoka salan qərar qəbul edilir.

“Yuventus” klubunun adı oyun alğı-satqısında hallanır, klubun qazandığı iki çempionluq əlindən alınır və komanda bir alt liqaya göndərilir. O, zaman komandanın bir çox ulduzu klubdan ayılır. İbra da komandanı tərk edən oyunçulardan biri olur.

ibrahimoviç inter ile ilgili görsel sonucu

İbra 25 milyon avro qarşılığında digər bir italyan nəhəngi “İnter”-ə transfer olur. “İnter” əsas rəqibinin alt liqaya düşməsi ilə birlikdə liqada ağalıq etməyə başlayır. Üst-üstə 3 liqa çempionluğundan sonra bütün futbolçular baş məşqçi Roberto Mançiniyə təşşəkürlərini bildirəndə İbra Mançiniyə yaxınlaşaraq “Bir şey deyil, dəyməz” deyir.

Liqa kökumdarlığı ilə yetinməyən “İnter” klubu əsas hədəf olaraq Çempionlar liqasını seçir və bunun üçün komandanın başına “The special one” Jose Mourinyonu gətirir. Josenin gəlişiylə İbra öz performansını daha da yuxarılara qaldırır və dünyanın ən güclü oyunçuları arasında öz adından söz etdirir.

ibrahimoviç juventus ile ilgili görsel sonucu

“İnter” karyerası zamanı vurduğu baxımlı daban qollarıyla tez-tez dünya mediasının gündəminə düşür. İbradan belə qolları necə vurduğu soruşulanda belə cavab verir: “Mən toplara əfsanə olsun deyə vurmuram. Vururam sonra özləri əfsanə olur”

İbranı mövsüm sonu “Real Madrid” transfer etmək istəyir, lakin Madrid klubunu əzəli rəqibi “Barselona” qabaqlayır və Zlatanı transfer edir. İbra ilk oyunlarda özünü yaxşı tərəfdən göstərsə də sonralar baş məşqçi Pep Qvardiolayla problemlər yaşayır. Zlatan Qvardiola haqda bunları deyib: “Peplə ilk vaxtlar aram çox da pis deyildi, lakin bir gün məşq zamanı onu hər an öldürə biləcəyimdən qorxduğunu və buna görə də meydançaya təcili yardım maşını gətirəcəyini mənə dedi”.

ibrahimoviç psg ile ilgili görsel sonucu

Zlatana görə onun burdakı uğursuzluğunun əsas səbəbi Pepin Messi sevgisi idi. Messi hücumun mərkəzində oynamaq istədiyindən Pep İbranı əsas heyətdən çıxarır, bu isə öz növbəsində İbranın qəzəbinə səbəb olur. Oyunların birində əvəz olunan İbra Pepə “Sən qorxaqsan və Mourinyonu qısqanırsan. Cəhənnəmə qədər yolun var” deyə reaksiya verir. Bu arada Mounun komandası Pepin “Barselona”-sını çempionlar liqasının finalında məğlub edir və çempion olur.

Mövsümün sonu İbra “Barselona” prezidentinə “Real Madrid”-ə keçmək istədiyini bildirir. Komanda rəhbərliyi təbii ki, buna qarşı gəlir və İbranı “Milan”-a göndərir. “Milan”-da iki il ərzində bir ölkə çempionluğu qazanan İbra “PSG”-yə transfer olur. Burada da uğurlu çıxışına davam edir. “Çelsi” ilə oyundn əvvəl müxbirə maraqlı bir müsahibə verir:

– Turu sizcə kim keçəcək?

– Onu ancaq Tanrı bilər

– Tanrıdan bunu soruşmaq bir az çətin olar

– Onsuzda indi onunla danışırsan

Burada 4 il oynadıqdan sonra “Mançester Yunayted” klubuna transfer olunur və karyerasını orada davam etdirir.

Zlatan Eqosu

Zlatanın nə dərəcədə eqolu olduğu hər kəsə məlumdur. O bir çox futbolçu ilə söz davasına girib və demək olar ki, bir çoxunu qazanıb. Futbolçu Con Karunun “Onun meydanda etdikləri mənasızdır” sözlərinə belə cavab verir: “Karunun topla etdiklərini mən portağalla edərəm”.

Özü haqda isə İbra bunları deyib: “Özümün nə qədər mükəmməl olduğumu düşünəndə gülməyim gəlir”.

Sevgililər günündə həyat yoldaşınıza nə alacaqsınız sualına belə cavab verir:

“Həyat yoldaşıma nə alacam? Heç nə, onun onsuz da İbrası var”

Tamerlan Mehdi

Minval.İnfo

İdman

Nəşr edilib: 2018/03/25 13:06

Baxış: 2485


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06