“Tata Steel”: Şəhriyar Məmmədyarov liderliyi əldən verib
Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində VII tura yekun vurulub.
“Minval.info”un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla Macarıstandan olan Rixard Rapportla üz-üzə gəlib. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb.
Beləliklə, 7 turun yekununa əsasən, Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb. İlk pilləni isə xalını 5-ə çatdıran norveçli dünya çempionu Maqnus Karlsen ələ keçirib.
XƏBƏR LENTİ
2025/01/27 12:16
2025/01/15 16:23
2024/12/24 14:24
2024/12/24 11:36
2024/12/23 16:35
2024/12/11 14:06