Tehranda gül bazarında yanğın olub, 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
İranın paytaxtı Tehran şəhərində Mahallati gül bazarında partlayışdan sonra baş verən yanğın nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Minval.info “Mehr”ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin sözçüsü Cəlal Maleki bildirib.
Onun sözlərinə görə, hadisə yerinə 4 yanğınsöndürən cəlb edilib və yanğın söndürülüb: “Hadisə yerinə yerli bələdiyyənin üzvləri gəlib. 4-5 dükana ziyan dəyib. Qəza nəticəsində ölənlər kişidirlər. Hadisəyə səbəb qaz partlayışıdır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

