Tehranda nüvə silahı teposu var? – Netenyahunun əlində faktlar var
İsrailin Baş Naziri Benyamin Netenyahu İranın gizli nüvə silahı deposunun olduğunu iddia edib.
Minval.İnfo xəbər verir ki, bu barədə BMT-də çıxış edərkən danışan Netentahu, Tehranda yerləşən gizli silah deposunda xeyli miqdarda nüvə silahı olduğuna və İranın nüvə propqramına davam etdiyinə dair əlində faktlar olduğunu bildirib.
Bu barədə aqraştırma aparmaq üçün BMT-yə müraciət edən Netenyahu Tehranda yerləşən silah deposunun yerinin İsrail kəşfiyyatı tərəfindən tapıldığı və həmin depoda nüvə silahı düzətmək üçün 300 ton kimyavi maddə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ İranla nüvə proqramı haqqında razılıq əldə edə bilmədiyi üçün bu dövıətlə bağlanmış nüvə müqavilədən tək tərəfli olaraq imtina edib, İrana qarşı yenidən sanksiyalar tədbiq edib. Avropa Birliyi ölkələri isə bu məsələdə İrana dəstək məqsədli həmin dövlətlə əlaqələrini kəsməyiblər.
Vüqar


