Teleaparıcı bəzi müəllimləri sərt tənqid etdi: “İşinizlə məşqul olun, ayıbdır” – VİDEO
Qanun pozan müəllimlər – Təhsilimizin geridə qalan hissəsi
Amil Xəlilin təqdimatında yayımlanan “Olar ? Olmaz! ” verilişində daha bir mühüm məsələ olduğu kimi tamaşaçılara təqdim edilib. Teleaparıcı bu dəfə də, bəzi müəllimləri öz işləri ilə yox, bizneslə məşğul olmaqda günhalandırıb.
Minval.info xəbər verir ki, aparıcı ilk olaraq Nihat adlı balanın dərdini işıqlandırıb. Belə ki, yerimək qabiliyyətini itirən 10 yaşlı Nihat təhsil almaq istədiyini bildirib. Amma onun istəyinə qarşı çıxan bəzi müəllimlər olub. Bir neçə gün “evdə təhsil” qanunundan yaralanan balacanın sevinci çox çəkməyib. Çünki müəllimlər ona dərs deməkdən boyun qaçırıb.
Daha sonra təhsil eksperti ilə Kamran Əsədovla görüşən teleaparıcı maraqlı faktların üstünü açıb. Sən demə dərsə getməyib “evdə təhsil” adı ilə məktəbdən yayınanların əksəriyyəti sağlam olmaqla bərabər repetitor yanına gedənlərdir. Amil Xəlil ilə öz növbəsində təhsili yox, biznesi üstün tutan müəllimlərə ismarıc yollayıb:
“Bəzi müəllimlər mövsüm başlayan kimi təhsili yox, biznesi düşünür. “Mənim dediyim firmanın geyimini al. Başqasını alsan məktəbə gəlmə. Olmaz, qanuna ziddir” deyirlər. Onlardan xahiş edirik ki, işləri ilə məşqul olsunlar. Gül kimi sənətləri var. Zirvədədirlər. Yaxşı olar ki, gedib işləri ilə məşqul olsunlar”.
Maraqlı anları sizə təqdim edirik.
Qeyd edək ki, veriliş şənbə günü saat 18:20 də Space Tv-də yayımlanır..
Minval.info

