Kamranla müğənni dalaşdı: Onun mikrafonunu söndürdülər, verilişi tərk etdi… – VİDEO
“Space” telekanalında yayımlanan “Onda başladıq” verilişində gərgin anlar yaşanıb.
Minval.info xəbər verir ki, proqramda iştirak edən qonaqlar bayağı musiqilər mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Bu zaman “Düşün məni” mahnısı ilə papulyarlıq qazanan müğənni Elvin Mirzəzadənin elə sözügedən ifası müzakirə olunub. Sənətçi isə bayağı musiqiçi kimi təqdim olunmasına narazılığını bildirib. Nəticədə aparıcı Kamran Həsənli ilə aralarında mübahisə yaşanıb. Həsənli ondan mikrafonu digər qonağa verməsini istəyib. Lakin müğənni Elvin bu cür təqdimatı həzm edə bilməyib və çıxışına davam edib. Buna görə onun mikrafonunun səsi bir neçə dəfə kəsilib.
Daha sonra isə Elvin Mirzəzadə verilişi tərk edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

