Tereza Mey ilə futbola baxan Ərdoğan: “Uduzmağınızı Cüneyt Çakırla əlaqələndirməyin”

Brüsseldə keçirilən və 29 dünya liderinin iştirak etdiyi NATO sammitində maraqlı hadisələr baş verib.
“Ölkə.Az” xəbər verir ki, Ərdoğan, İngiltərənin baş naziri Tereza Mey, Almaniyanın baş naziri Angela Merkel və Albaniyanın baş naziri Edi Rama İngiltərə-Xorvatiya oyununu Türkiyən XİN rəhbəri Mevlud Çavuşoğlunun mobil telefonu vasitəsilə izləyiblər. Oyunun son dəqiqələrini diqqətlə izləyən liderlər oyunu şərh ediblər.
Videodan göründüyü kimi Çavuşoğlu Tereza Meyə oyunun əsas hakimi Cüneyt Çakırın türk olduğunu deyir. Rama isə oyundan məğlub ayrılan İngiltərə yığmasına görə Meyi təsəlli verir. Eyni zamanda Merkel də Terezaya təsəlli verir.
Oyunu diqqətlə izləyən Ərdoğan isə Meyə zarafatla “Məğlub olsanız, türk hakim Cüneyt Çakırı bəhanə gətirməyin” deyib.

