Terror qruplaşması Türkiyənin tələbini qəbul etmədi

“Cəbhat ən-Nusra” terror qruplaşması Türkiyənin İdlib vilayətində öz birləşmələrini buraxmaq tələbini rədd edib.

Minval.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Ankara “Cəbhat ən-Nusra”dan olan suriyalı silahlılara türk hərbçilərinin formalaşdırdığı Şimali Suriya ordusunun tərkibinə qatılmağı təklif edib. Əcnəbi muzdlulara isə təklif edilib ki, onlar gəldikləri ölkələrə qayıtsınlar və yerli məhkəmə orqanlarına təslim olsunlar.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə İdlibdə yaradılmış təhlükəsizlik zonasında sabitliyin qorunmasında əsas rol oynayır. Avqsutun 2-də İdlibdə “Milli azadlıq cəbhəsi” adlı koalisiya yaradılıb. Onun tərkibinə Azad Suriya Ordusundan başqa, “Əhrar əş-Şam” və “Nurəddin əz-Zənginin briqadaları” daxil olub. 14 qrupdan ibarət birləşmənin say tərkibi 40-50 silahlıdır. Cəbhəyə “Feylək əş-Şam” briqadasının sabiq səhra komandiri Fədyulla əl-Haci başçılıq edir.

Bildirilir ki, Ankara bu qüvvələri özünü buraxmaqdan imtina edən “Cəbhat ən-Nusra” terrorçularının sıxışdırılıb çıxarılması üçün istifadə etmək niyyətindədir. Ardından silahlılar 70 minlik ordunun əsasını təşkil edəcəklər. Ankaranın planına əsasən, bu ordu İdlib və Türkiyə sərhədləri boyunca ona bitişik əraziləri öz nəzarətində saxlayacaq.

Dünya

Nəşr edilib: 2018/08/04 19:01

Baxış: 282


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06