Texasda baş vermiş atışmada 4 nəfər ölüb- VİDEO

ABŞ-ın Texas ştatında atışma olub.
“Report” xəbər verir ki, bu barədə “China Xinhua News” məlumat yayıb.
Ağentliyin xəbərinə görə, hadisə zamanı 4 nəfər ölüb. Naməlum şəxs 3 nəfəri güllələdikdən sonra özünə qəsd edib.
Silahlı insidentin avtomobillərə xidmət mərkəzində baş verdiyi bildirilir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. İnsidentin səbəbi məlum deyil.
XƏBƏR LENTİ
2025/11/19 14:22

