Azərbaycanda tələbələr saxlanıldı – Fotolar

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən Minval.info-ya verilən məlumata görə, hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv­lət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­vasının xid­məti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azər­baycan Respublikası ərazisindən İran İslam Respublikası istiqa­mə­tində hərəkət etmələri aşkar olunub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zasta­va­sına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olun­ub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları – 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl­lüdlü Hos­sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Uni­versi­tetinin tələbələri olmaları müəyyən edilib.

Minval.info

Hadisə

Nəşr edilib: 2018/06/01 10:33

Baxış: 890


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06